18 iyul 2012 02:35
Qəbələnin sabiq futbolçusu Vüqar Əsgərovla eyni komandada
“Qəbələ”dən qalmaqallı şəkildə ayrılan latviyalı qapıçı Pavel Doroşevsin yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, arzusu Azərbaycanda qalmaq olan 32 yaşlı qolkiper heç kimə lazım olmadığını görüncə digər variantları nəzərdən keçirib.
Bir sıra klublardan dəvət almasına baxmayaraq, təcrübəli qapıçı vətəninə qayıtmağı məqsədəuyğun sayıb. O, Latviya yüksək liqasının aparıcı klublarından olan “Metallurg”la müqavilə imzalayıb. Pavel bununla da 3 illik fasilədən sonra öz ölkəsinə geri dönməklə yanaşı, həm də milli komandamızın üzvü Vüqar Əsgərovun oyundaşı olub. Doroşev artıq yeni klubunda debüt matçına da çıxıb. Belə ki, o, son turun “Jelgava” ilə səfər matçında start heyətində meydana çıxıb və 90 dəqiqəni əvəzedilmədən keçirib. Vüqarın forma geymədiyi qarşılaşma 2:1 hesabıyla “Metallurg”un xeyrinə başa çatıb.
Qeyd edək ki, Doroşevs bundan öncə “Skonto”, “Dauqava”, “Dinaburq”, “Yurmala” klublarında oynayıb. “Qəbələ”də 80 oyun keçirən qolkiper yeni klubu ilə 1 illik anlaşıb.
