18 iyul 2012 15:23
Bakı ilə danışıqlar apardı, Super Liqa klubuna keçdi
Yunanıstanlı hücumçu Leonidas Kivelidis Azərbaycan Premyer Liqasında iştirakdan imtina edib. Azerisport.az xəbər verir ki, 26 yaşlı hücumçunun xidmətində “Bakı” maraqlı imiş.
Tərəflər arasında bu transferlə bağlı danışıqlar da aparılıb. Lakin görünür razılığa gələ bilməyiblər.
Belədə, Kivelidis artıq başqa klubla müqavilə bağlayıb. Belə ki, hücumçu Yunanıstan Super Liqasında mübarizə aparan “Pantrakikos”la anlaşıb.
