18 iyul 2012 02:57
Rəşad Sadiqov: Hələ növbəti mərhələdən danışmaq tezdi
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun alındı. Bizim ardıcıl iki qol vurmağımız rəqibi sındırdı. Amma buna qədər rəqibimiz bir neçə qol imkanı əldə etmişdi. Ola bilsin ki, birinci biz qol buraxsaydıq, işimiz çox çətinə düşərdi. Amma hər şey bizim üçün yaxşı alındı və inamlı qələbə qazandıq. Hələ növbəti mərhələyə çıxmağımızdan danışmaq tezdi. Qarşıda cavab oyunu var”.
