18 iyul 2012 16:17

Aptsiauri: Deməzdim ki, Neftçi elə də güclü komandadı

Gürcüstanın “Zestafoni” klubunun kapitanı Tornike Aptsiauri azerisport.az saytına müsahibəsində Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyundan (0:3), eləcə də cavab matçındakı şanslarından danışıb.
 
- Komanda yoldaşlarınızın az qala heç biri mətbuata açıqlama verməyəcəkdi...
- Onları başa düşmək olar. Belə məğlubiyyətdən sonra danışmaq çox çətindi.
 
- Bunu gözləmirdiniz?
- Belə hesabla məğlubiyyətə layiq olduğumuzu düşünmürəm. Komanda heç də pis oyun sərgiləmədi. Bir neçə qol vurmaq şansımız da oldu.

- Elə isə niyə 0:3 hesabıyla məğlub oldunuz?
- Yəqin ki, iki erkən qol komandanı sındırdı. Ondan sonra oyunumuz pisləşdi. Çempionlar Liqasında belə səhvlərə yol vermək olmaz.
 
- Rəqib sizi təəccübləndirə bildi, yoxsa belə oyunu gözləyirdiniz?
- Prinsipcə, rəqibimizin güclü komanda olduğunu bilirdik. “Neftçi”nin heyətində yüksək səviyyəli futbolçular çıxış edir. Amma deməzdim ki, rəqibimiz bizi nə iləsə təəccübləndirdi. Sadəcə, nəticə sürpriz oldu.
 
- Komandanız cavab matçında nəyə ümid edəcək?
- Şübhəsiz ki, fərqli futbol oynamağa çalışacağıq. Tribunaların dəstəyinə ümid bəsləyəcəyik.

- Üç qolun əvəzini çıxa biləcəksiz?
- Futbolda hər şey mümkündü. Niyə də buna çalışmamalıyıq. Bizim kifayət qədər gücümüz var ki, görüşün gedişatını dəyişək. “Neftçi” ilk oyunda nəzərə çarpaçacaq futbol sərgiləmədi və deməzdim ki, elə də güclüdü. Biz sona kimi mübarizə aparacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.