18 iyul 2012 16:32
AZAL Juventuslu oyunçudan imtina etdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov baxışda olan daha bir futbolçudan imtina edib. Azerisport.az xəbər verir ki, baş məşqçi rumıniyalı xavbek İonit Floriçanı bəyənməyib.
Sadıqov “Juventus” klubundan gələn futbolçunu dünən Səudiyyə Ərəbistanın “Najran” klubu ilə yoxlama oyununda (1:0) da sınayıb. Amma onun səviyyəsi baş məşqçini qane etməyib.
Qeyd edək ki, Floriçanın çıxış etdiyi komanda İtaliyanın məşhur “Juventus” klubu yox, Rumıniyanın üçüncü Liqasında çıxış edən Buxarest təmsilçisidi.
