18 iyul 2012 03:31
Öncə Yunis Hüseynov, sonra Mariuş Rumak
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində baş tutmalı olan "Xəzər Lənkəran" - "Lech" (Polşa) qarşılaşması öncəsi bu gün hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransları keçiriləcək. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun mətbuat konfransı saat 18:30-da başlayacaq.
"Lech"in baş məşqçisi Mariuş Rumakın media nümayəndələri ilə görüşünün isə saat 20:45-də başlaması nəzərdə tutulub.
Hər iki mətbuat konfransı Lənkəran şəhər Mərkəzi Stadionunda baş tutacaq.
