19 iyul 2012 22:50

İnter də Xəzər Lənkəranın aqibətini yaşadı (YENİLƏNİB)

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” də üçüncü təsnifat mərhələsinə adlamaq yolunda ilk addımını bu gün atıb.
 
Komandamızın rəqibi Yunanıstan çempionatının ortabablarından olan “Asteras” klubudu. İlk mərhələdə Estoniya “Trans”ını ümumilikdə 7 cavabsız qolla (5:0, 2:0) keçən “bankirlər” indi bu uğurun davamını gətirmək arzusundadılar. Kaxaber Tsxadadzenin yetirmələri ilk dəfə ardıcıl iki mərhələ keçib, tarix yazmaq şansına malikdilər. Paytaxt təmsilçisi bu şansdan maksimum yararlanmaq üçün Tripolis klubunu məğlub yola salmağa borcluydu. Özü də “İnter” doğma meydanda qol buraxmamaq şərti ilə, rəqib qapısından mümkün qədər çox top keçirməliydi. Yalnız bu halda ümumi uğura ümid etmək olardı.
 
Lakin çox təəssüf ki, Avroliqadakı digər təmsilçimiz - "Xəzər Lənkəran" kimi, "İnter" də hesabı açdığı oyundan heç-heçə ilə ayrılmalı oldu. İndi bu hesab qonaqlara daha çox sərf etsə də, hər halda komandamızın mərhələ adlamaq şansları qalmaqdadı.
 
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Yunanıstanda keçiriləcək.
 
Avropa Liqası
2-ci təsnifat mərhələsi (ilk oyun)
19 iyul
 
İNTER – ASTERAS - 1:1 (0:0)
Qollar: T.Şütz, 46 (1:1), Perrone, 54 (1:1)
Baş hakim: Mihay Fabian (Macarıstan).
Bakı. "Dalğa Arena".
 
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k),18. İliya Kandelaki, 20. Bryus Abdulay, 23. Tales Şütz, 25. İbrahima Niasse, 77. Ruslan Əmircanov,
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 14. Petar Zlatinov, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 87. Haynts Barmettler.
ASTERAS: 37. Georgios Bantis, 4. Xuanito, 6. Lautaro Formika, 8. Fernando Usero, 9. Emmanuel Perrone, 10. Rayo, 11. Savvas Tsampuros (k), 13. Leandro Alvares, 22.. Sebastyan Bartolini, 23. Ximo Armero, 31. Mixalis Fraqulakis.
Ehtiyat oyunçular: 46. Georgios Georqapulos, 3. Xristos Pipinis, 7. Angelos Sarantopulos, 14. Tasos Bakasetas, 17. Yanis Diniotakis, 25. Dmitris Kurbelis, 30. Eqon.
 
Oyun başladı
4. Rayonun qapıya zərbəsi müdafiəçilərdən dönür
7. Adamiyanın qapıya zərbəsi müdafiədən qayıdır
13. Rayonun zərbəsi zamanı Lomaya yaxşı oynayır
13. "Asteras" ilk korneri yerinə yetirir: müdafiəçilərimiz sayıqdılar
16. "İnter"in təhlükəli korneri qol gətirmir
17. "İnter" daha bir künc zərbəsini boşa verir
18. "İnter" uğursuz korner vuruşlarını sıralamaqdadı
28. Perrronenin zərbəsi hədəfdən yan keçir
37. Fraqulakisin zərbəsini Lomaya dəf edir
43. Abdulay sarı vərəqə alır
43. Perronenin zərbəsi hədəfdən yan keçir
45. Rayonun qapıya zərbəsi müdafiədən dönür
45. Şütz gərəksiz yerə sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "İnter"də N.Hacıyev meydandadı. O, Asifi əvəzləyib
46. QOOOOOOOOOOOOOOOOOOOOOOOOOL!! Əmircanovun əla asmasını Şütz başla tora qovuşdurur - 1:0
48. Qonaqların künc zərbəsi zamanı müdafiəçilərimiz yerindədilər
53. Fraqulakisin əvəzində meydana Bakasetas çıxır
54. Müdafiəçilərimizin kobud səhvindən sonra Perrone hesabı bərabərləşdirir - 1:1
58. Əmircanovun daha bir təhlükəli asması qapıçıda qalır
60. Sönük oyun gedir. Hər iki komanda ilk hissədə olduğu kimi ehtiyatlı oyuna üstünlük verir
68. "İnter" korneri boşa verir
69. Adamiyanın zərbəsi müdafiəçilərdən dönür
72. Niassenin əvəzində meydana P.Zlatinov çıxır
76. Oyunçular arasında gərginlik yaranıb. Hakim buna görə Perrone və Adamiyaya sarı vərəqə göstərir
81. Perronenin zərbəsini Lomaya kornerə çıxarır
83. Qapımız qarşısında qarışıqlıq yaransa da, son anda hər şey yaxşı qurtarır
85. Nizami çox əla qol vəziyyətini boşa verir
87. Rayonun əvəzində meydana Pipinis çıxır
89. "Asteras"ın künc zərbəsi zamanı müdafiəçilərimiz topu uzaqlaşdırırlar
89. Adamiya meydanı tərk edir. Onu Genov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Perroneni Kurbelis əvəzləyir
90+2. Navarronun zərbəsi zamanı Lomaya zədə bahasına da olsa, topu kornerə çıxarır
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.