19 iyul 2012 21:22

Qarabağ Türkiyə klubuna qalib gəldi (YENİLƏNİB)

Növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ" bu gün Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlıların bu dəfəki rəqibi Türkiyənin “Tavşanlı Linyitspor” klubu idi.
 
Qeyd edək ki, bu komanda TFF birinci liqada mübarizə aparır. Son mövsümdə çempionatı altıncı pillədə başa vurub. Sözügedən klubla qarşılaşma ağdamlıların minimal hesablı qələbəsiylə başa çatıb.
 
“Qarabağ” Türkiyədəki hazırlıq prosesi çərçivəsində ilk oyununu İranın “Zobahan” klubuna qarşı keçirmiş və 1:0 hesabıyla qələbə qazanmışdı. Bu ölkənin digər təmsilçisi “Traktorsazi” klubuyla görüşdə də eynihesablı qələbə qeydə alınmışdı.
 
Yoxlama oyunu
19 iyul
 
QARABAĞ – TAVŞANLI LİNYİTSPOR - 1:0 (0:0)
Soltanov, 64 (1:0)
 
"Qarabağ"ın start heyəti: Miro Varvodiç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Qara Qarayev, Riçard, Muarem, Vaqif Cavadov, Əfran İsmayılov, Kris Mbondi
 
1. Oyun başladı
3. Vaqif cərimə meydançasına daxil olub zərbə endirsə də, top qapıdan aralı keçir
4. Künc zərbəsi. Admir topa son anda çatmır
5. Dəqiqələr keçdikçə komandamız topa daha çox nəzarət edir
9. Vaqifin zərbəsi qapıdan aralı keçir
16. Oyunda ilk real qol imkanı. Əfran qapıçı ilə təkbətək qalsa da, zərbəsi dəf edilir
21. Əfran – Muarem paslaşmasının qarşısını son anda müdafiəçilər ala bildilər
26. Rəşadın gözəl ötürməsindən sonra Əfranın zərbəsini qapıçı dəf edə bildi
34. Mbondinin bir oyunçunu geridə qoyaraq zərbəsini qapıçı çətinliklə dəf edə bildi
37. Rəqib təhlükəli hücum qursa da, son zərbəni endirə bilmirlər
39. Riçardın daha bir möhtəşəm ötürməsi: amma Kris topa çata bilmir
43. Qızılcahamamda yağış başladı
45. İlk yarı başa çatdı
46. İkinci hissə başladı. Qızılcahamamda artıq dolu yağır
46. Komandamız 2-ci hissəyə fərqli "11"liklə çıxır: Fərhad, Zaur, Kamil, Emin İmaməliyev, İlqar, Hacı, Namiq, Elnur, Vüqar, Tural, Bəxtiyar
49. Vüqarın sərt zərbəsini qapıçı uzaqlaşdırır
52. Oyunda temp bir qədər aşağı düşüb
60. Rəqib cərimə zərbəsi vurur, top qapının üstündən keçir
64. QOL! Hacı mərkəzdə topu oğurlayır, Vüqarın önünə atır, Nadirov uzun reyddən sonra Bəxtiyarı zərbə mövqeyinə çıxarır və qol - 1:0
67. Künz zərbəsindən sonra Zaurun baş zərbəsi qapıdan azacıq aralı keçir
70.  Komandamızda 3 dəyişiklik: Hacı, Tural və Kamilin yerinə Emin Mustafayev, Eltun və Toğrul meydan daxil olur
75. Vüqar daha bir dəfə qapını yoxlayır
83. İmaməliyevin sol cinahdan zərbəsi qapıçı uzaqlaşdırır
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.