18 iyul 2012 21:38
AZAL Kartalspora divan tutdu (YENİLƏNİB)
Növbəti mövsümə hazırlığı davam etdirən AZAL bu gün Türkiyə toplanışı çərçivəsində dördüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in bu dəfəki rəqibi Türkiyə klubu olub.
Belə ki, Vaqif Sadıqov yetirmələrini “Kartalspor” ilə oyunda sınayıb. TFF birinci liqada çıxış edən bu komanda son mövsümü 9-cu pillədə başa vurub.
"Təyyarəçilər" bu komanda ilə görüşdə inamlı qələbəyə seviniblər. Belə ki, AZAL 3:0 hesablı darmadağına sevinib. Qolları Bronislav Arsenyeviç, Junior Nildo və Viktor İbekoyi vurub.
Qeyd edək ki, AZAL bundan öncə keçirdiyi yoxlama oyunlarında Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor”a 0:2 hesabıyla uduzmuş, “Mersin İdmanyurdu”na 2:1 qalib gəlmişdi. Ardından Səudiyyə Ərəbistanının “Najran” klubu ilə qarşılaşma da 1:0 hesablı qələbə ilə bitmişdi.
Yoxlama oyunu
18 iyul
AZAL – KARTALSPOR - 3:0
