18 iyul 2012 17:25
Neftçinin qələbəsindən Çili mətbuatı da yazdı
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”si ilə ilk oyununda qazandığı qələbə Çili mətbuatında da əksini tapıb. Azerisport.az xəbər verir ki, çilili həmkarlarımız ölkə millisinin hücumçusu Nikolas Kanalesin paytaxt klubundakı debüt matçında qol vurmasını xüsusi vurğulayıb.
Qeyd edək ki, “Neftçi” ilk oyunda 3:0 hesablı qələbəyə qazandı. Bu qarşılaşmada start heyətində yer alan və 90 dəqiqə meydanda olan futbolçu komandasının üçüncü qoluna imza atmışdı.
“Neftçi” ilə “Zestafoni” arasındakı cavab qarşılaşması iyulun 24-də Zestafonidə keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
