18 iyul 2012 17:46
Araz Abdullayev: Gürcüstanda da qələbə qazanmaq istəyirik
“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, ilk oyunda qazandığımız qələbə heç kimi aldatmamalıdı. Çünki rəqibimiz çox təhlükəlidi. Sadəcə, ilk yarının ortalarında vurduğumuz iki ardıcıl qol onları şoka saldı. Artıq hər şey öz əlimizdədi. Gürcüstandakı cavab matçında da qələbə qazanmaq istəyirik”.
