18 iyul 2012 18:14
Xəzər Lənkəran jurnalistlər üçün avtobus ayırdı
"Xəzər Lənkəran" Futbol Klubu sabah Lənkəranda Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Lech" (Polşa) qarşılaşmasını tribunadan izləmək istəyən jurnalistlər üçün Bakıdan Lənkərana və oyundan sonra geriyə avtobus təşkil edir. Azerisport.az xəbər verir ki, bu barədə cənub klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, avtobus sabah saat 11:00-da "Gənclik" metro stansiyasının yanından Lənkərana yola düşəcək.
