18 iyul 2012 19:05
Yunis Hüseynov: XL Lechi məğlub edəcək gücdədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşa “Lech”inə qarşı ilk oyun öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az həmin konfransdan hazırlanan reportajla sizi də tanış edir.
- Komanda qarşıdakı oyuna necə hazırlaşa bilib?
- Bizim hazırlıq üçün vaxtımız oldu. Geridə qalan müddətdə yaxşı hazırlaşa bildik. Komandada atmosfer yaxşıdı.
- Bizim hazırlıq üçün vaxtımız oldu. Geridə qalan müddətdə yaxşı hazırlaşa bildik. Komandada atmosfer yaxşıdı.
- Rəqibi yaxşı öyrənə bilmisiz?
- Polşalıları analiz etmişik. “Lech” Avropada kifayət qədər tanınmış komandadı. Buna baxmayaraq, biz ancaq müsbət nəticəyə köklənmişik. Rəqibin zəif və güclü tərəflərini bilirik. Təbii ki, indi onlardan danışmayacağam. Amma bu barədə futbolçularımıza hər şeyi başa salacağıq.
- “Xəzər Lənkəran” bu komandanı keçə bilər?
- Fikrimcə, “Xəzər Lənkəran” “Lech”i məğlub edəcək gücdədi.
- Fikrimcə, “Xəzər Lənkəran” “Lech”i məğlub edəcək gücdədi.
- “Lech”ə qarşı “Nomme Kalju” ilə oyunlardakı heyətlə mübarizə aparacaqsız?
- Hələ heyəti müəyyənləşdirməmişəm. Hər şeyə sabah aydınlıq gələcək.
- Hələ heyəti müəyyənləşdirməmişəm. Hər şeyə sabah aydınlıq gələcək.
- Polşalılara qarşı necə oynamağa hazırlaşırsız?
- “Lech” Estoniya klubu deyil. Onlar əvvəlki rəqibimizlə müqayisədə bir qədər güclüdülər. Öz taktikamızı bunu nəzərə almaqla quracağıq. Qalanını özünüz oyunda görəcəksiz.
- “Lech” Estoniya klubu deyil. Onlar əvvəlki rəqibimizlə müqayisədə bir qədər güclüdülər. Öz taktikamızı bunu nəzərə almaqla quracağıq. Qalanını özünüz oyunda görəcəksiz.
- Sizi hansı nəticə qane edəcək?
- Ancaq qələbə. Əsas buna nail olmaqdı. Nə qədər çox qol vursaq, bir o qədər yaxşı olar. Əgər qol buraxmasaq, “Lech”i keçmək şanslarımız kifayət qədər yüksək olacaq.
- Komandaya yeni futbolçular almaq planlarınız nə yerdədi?
- Biz üç futbolçu ilə danışıqlar aparırdıq. Amma onların hamısı sonda alınmadı. Birini Lənkəranda gözlədiyimiz halda Avstriya klubuna keçdi. Yeni futbolçularla hər gün danışıqlar aparırıq. Güclənmək istəyirik. Çünki buna ehtiyacımız var. Bizim hər mövqe üzrə yeni futbolçular almağımıza ehtiyac var.