18 iyul 2012 20:31
Lech Lənkərana gec gəldi
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la ilk oyuna çıxacaq Polşanın “Lech” klubunun Lənkəran şəhər stadionunda bu günə nəzərdə tutulan mətbuat konfransı və son məşqinin başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, buna Poznan təmsilçisinin Lənkərana gec çatması səbəb olub.
Belə ki, onlar mənzil başına nəzərdə tutulandan bir saat gec çatıblar. Nəticədə polşalıların oyun öncəsi son məşqi saat 22:00-a keçirilib. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Mariuş Rumak jurnalistlərin suallarını cavablandıracaq.
