18 iyul 2012 21:25

“Bakıya qələbə üçün gəlmişik”

Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis sabah keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin “İnter”lə oyunu öncəsi bu gün Bakıda jurnalistlərlə görüşüb. Azerisport.az xəbər verir ki, o, “bankirlər”lə qarşılaşma barədə öncə bunları dilə gətirib:

“Bizi ağır oyun gözləyir. “İnter” güclü komandadı. Onlar güclü rəqiblərə qarşı oynamağı bacarırlar. Bakılılar həm də əla cinah hücumları qura bilirlər. Biz isə avrokuboklarda debütantıq. Bu yöndə heç bir təcrübəmiz yoxdu. Amma mümkün qədər yaxşı oynamağa çalışacağıq”.
 
Yunanıstanlı mütəxəssis Bakıya məğlub olmağa gəlmədiklərini deyir: “İnter” kifayət qədər sürətli komandadı. Amma biz də Bakıya qələbə üçün gəlmişik. Layiqli oyun sərgiləmək istəyirik. Fikrimcə, səfər matçında heç-heçə də pis nəticə olmazdı”.

Tsiolis komandamızın heyətindən danışarkən əsasən bir futbolçunu fərqləndirib: “Rəqibin heyətində daha çox Slavço Georgiyevski xoşuma gəlir”.
 
“Asteras”ın çalışdırıcısı “Dalğa Arena”nın ot örtüyündən də danışıb: “Bu, bizə problem yarada bilər. Çünki futbolçularımız süni örtükdə oynamağa o qədər də alışıq deyil”.
 
O, komandasındakı problemlərdən də söz açıb: “Bir itkimiz var. Müdafiəçi Xristos Pipenas Azərbaycana gələ bilmədi. Onun bizimlə yola çıxmasına hərbi xidmətlə bağlı yaranan problem səbəb oldu. Amma oyun saatına qədər Pipenasın da Bakıya gəlməsini gözləyirik. Sadəcə, onun oynayıb-oynamayacağı hələ dəqiq bilinmir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.