18 iyul 2012 21:43
Asterasın kapitanı Abdullayevin oyunundan danışdı
Yunanıstanın “Asteras” klubunun kapitanı Savvas Tsaburis sabah keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayarkən yığmamızın və “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Arazın Yunanıstan Super Liqasındakı oyununu görmüşəm. Biz onda “Panionios”a 0:2 hesabıyla məğlub olduq. Abdullayev isə həmin görüşü yüksək səviyyədə keçirdi. Lakin onun çıxışı barədə geniş şərh verə bilmərəm. Çünki onun sadəcə bir oyununu görmüşəm”.
