18 iyul 2012 22:34
“Bizi Lənkəranda ancaq qələbə maraqlandırır”
Polşanın “Lech” klubunun baş məşqçisi Mariuş Rumak Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunu öncəsi bu gün Lənkəranda jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin konfransdan hazırlanan reportajla tanış edir.
- Lənkərana səfəriniz necə keçdi?
- Yolumuzun bu qədər uzun olacağını gözləmirdik. Buna görə üzr istəyirik. Yolçuluğumuz çətin oldu. Problem yalnız Bakıdan Lənkərana gələrkən oldu. Buna baxmayaraq, hazırlığımız plan üzrə gedir. Bu, sabahkı oyuna təsirini göstərməməlidi.

- İlk təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığınız Qazaxıstanın “Jetisu” klubu ilə “Xəzər Lənkəran” arasında nə fərq var?
- Fərdi götürdükdə “Xəzər Lənkəran” daha yüksək səviyyəli oyunçulara malikdi. Lənkəranın stadionu da daha yaxşıdı. Ümid edirəm ki, burdakı oyun da maraqlı olacaq.

- Siz özünüzlə cəmi iki hücumçu gətirmisiz. Bu, sizin ilk oyuna ehtiyatlı yanaşmanızdan xəbər verir?
- Bu, səhv informasiyadı. İxtiyarımda dörd hücum var. Oyunun gedişindən asılı olaraq, hər cür manevr imkanlarımız olacaq. Məsələn, Qazaxıstandakı oyunda biz üç hücumçu ilə oynayırdıq.

- Yəqin ki, rəqibinizin oyununu görmüsüz. “Xəzər Lənkəran”ın aparıcı oyunçusu olaraq kimi qeyd edə bilərsiz?
- Bütövlükdə, “Xəzər Lənkəran” keyfiyyətli komandadı. Bütün futbolçuların beynəlxalq oyun təcrübəsi var. Bu komanda hansısa futbolçunun oyunundan asılı deyil.

- Bəs öz komandanızın şanslarını necə qiymətləndirirsiz?
- Bizi ancaq qələbə maraqlandırır. Komandamız hətta heç-heçə də qane etmir.

- Belə çıxır ki, “Lech” cütün taleyini Lənkəranda həll etmək istəyir?
- Xeyr. Bu, iki matçdan ibarət mübarizədi. Hər şeyə Poznanda aydınlıq gələcək.

- Heç vaxt Azərbaycan klublarına uduzmayan “Lech” “Xəzər Lənkəran”ı keçə bilməsə, bu, faciə sayılmayacaq?
- Bu, futboldu. Məğlubiyyəti də normal qəbul etmək lazımdı. Əlbəttə, bu, mənfi hal hesab olunacaq. Çünki biz qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Amma faciə olacağını düşünmürəm.

- Çox soyuqqanlı görünürsüz...
- Mən həmişə beləyəm. Oyundan öncə də, sonra da.