18 iyul 2012 11:18
“Neftçi Bakıda bizə üç qol vura bildisə, niyə biz də Gürcüstanda bunu etməyək”
Gürcüstanın “Zestafoni” klubunun yarımmüdafiəçisi David Muciri azerisport.az saytına müsahibəsində Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyundan (0:3), eləcə də cavab matçındakı şanslarından danışıb.
- Belə böyük hesabla məğlub olmağınızı nə ilə izah edə bilərsiz?
- Bizə çox çətin idi. Xüsusilə hücumlarda aqressiv deyildik. Eyni zamanda müdafiədə uşaq səhvləri buraxdıq. Rəqib isə buna görə bizi bağışlamadı. İlk qola qədər normal oynayırdıq. Amma müdafiəçilərin kobud səhvləri hər şeyi korladı.
- Bəlkə Gürcüstan çempionu “Neftçi”ni düzgün qiymətləndirməmişdi? Çünki oyun ərəfəsindəki açıqlamalarda da bir qədər özünə əminlik hissi var idi...
- Mən bununla razı deyiləm. Oyuna optimist əhval-ruhiyyədə hazırlaşırdıq və qələbəyə ümid edirdik. Oyundan öncə də demişdim ki, şanslar bərabərdi. İndi isə hər şey fərqlidi. Bizim rəqibimiz cütün favoritinə çevrilib. Demək olar ki, bir ayağı növbəti mərhələdədi.
- Cavab matçından nə gözləmək olar?
- Aydın məsələdi ki, biz işimizi çox çətinə saldıq. Növbəti oyuna hazırlaşmalıyıq. Hər şeyi özümüz korlamışıq. İndi hər şeyi də özümüz düzəltməliyik. Əgər “Neftçi” öz meydanında bizə üç qol vura bildisə, niyə biz də Gürcüstanda bunu etməyək? Sona kimi mübarizə aparacağıq.

- 0:3-ün əvəzini çıxmaq hər komandaya nəsib olmur...
- Bəli, çətin hədəfdi. Amma vəziyyətdən çıxış yolu tapmaq lazımdı. “Zestafoni”nin başqa futbolçusu yoxdu. Hər şey bizim öz əlimizdədi. Bu oyunda öz səhvlərimizi gördük. Cavab matçına qədər onları aradan qaldırmağa çalışmalıyıq.
- Bu səhvlər cavab oyununda da təkrarlana bilər...
- Düşünmürəm ki, evdə iki ardıcıl qol buraxaq. Bəli, 3:0 demək olar ki, növbəti mərhələ deməkdi. Amma biz mübarizəni sona kimi aparmağa borcluyuq.
- “Neftçi” barədə demək olar ki, heç nə demədiniz...
- Komandanız ələ düşən epizodlardan çox soyuqqanlılıqla yararlandı. Bu da onların ustalıq səviyyəsindən xəbər verir. Amma mən “Neftçi”nin keçilməz komanda olduğunu deməzdim. Sadəcə, buna bizim sərgilədiyimiz oyunla nail olmaq olmaz. Bu oyunda da “Neftçi” qələbə qazanmadı, “Zestafoni” uduzdu.
- Növbəti mərhələyə keçə bilməsəz necə olacaq?
- Mən “Zestafoni”nin mərhələ adlamasını istəyirəm. Amma əgər mübarizəni dayandırsaq, “Neftçi”yə gələcək oyunlarda uğur arzulamaqdan başqa çarəmiz qalmayacaq. Hələlik isə cavab oyununa optimis yanaşıram. İlk oyunu yaxşı analiz edib, rəqibin zəif tərəflərini aşkarlayıb, bundan yararlanmağa çalışacağıq.