18 iyul 2012 11:26

Qəbələ Serbiya klubuna hansı heyətlə məğlub olub?

Xəbər verdiyimiz kimi, Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Serbiya təmsilçisi FK “İndiya” ilə üz-üzə gələn komanda meydançaya aşağıdakı start heyətlə çıxıb:
 
Diego Koşta Silva, Vurğun Hüseynov (k), Nodar Məmmədov, Ürfan Abbasov, Muammer Erdoğdu, Bruno da Silva, Elmar Baxşıyev, Kamal Mirzəyev, Rövşən Əmiraslanov, Viktor Mendi, Amil Yunanov.
 
Görüşün ilk hissəsi tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. Tədricən üstünlüyü ələ keçirən serblər 12-ci dəqiqədə hesabı açıblar. Bu qoldan sonra hücumlarının kəsərini artıran “Qəbələ” ardıcıl bir neçə fərqlənmək imkanı yaxalıyıb. Lakin Mendinin qüvvətli zərbəsindən sonra qapı çatı, Amil Yunanovun zərbəsindən sonra qapıçı qola imkan verməyib. Əvəzində 26-cı dəqiqədə serblər fərqi 2 topa çatdırıblar. 
 
İkinci hissəyə “Qəbələ” fərqli heyətlə çıxıb. Start heyətdən yalnız  Ürfan Abbasov mübarizəni davam etdirib:
Elnar Kərimov, Deyan Kelhar, Murad Musayev, Şəhriyar Xəlilov, Ürfan Abbasov, Daniel Kruz, Yaşar Abuzərov, Rəşad Abdullayev,  Rəşid Əmiraslanov, Aleksandr Çertoqanov (k), Yannik Kamanan.
 
İlk hissədən fərli olaraq “Qəbələ” ikinci 45 dəqiqəyə daha sürətli başlayıb. Hissənin əvvəlində Yannik Kamanan uzun keçiddən topu qapıya göndərsə də, qapı dirəyi qola mane olub. Ardınca Kamanan daha bir şansdan yararlana bilməyib.  Matçın qalan dəqiqələrində hər iki tərəf bir neçə əlverişli imkan qazansa da, hesab dəyişməyib – 0:2. Beləliklə, “Qəbələ” Sloveniyada keçirdiyi ikinci matçdan da məğlubiyyətlə ayrılıb. 
 
Xatırladaq ki, yüngül zədəsi olan Luis Hilario Dodo heyətdə yer almayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.