19 iyul 2012 21:54

Xəzər Lənkəran Lechlə ilk oyundan sülhlə ayrıldı (YENİLƏNİB)

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da üçüncü təsnifat mərhələsinə adlamaq yolunda ilk addımını bu gün atıb.

Komandamızın rəqibi Polşa çempionatının aparıcı klublarından olan “Lech”di. İlk mərhələdə Estoniya “Nomme Kalju”sunu (2:2, 2:0) mübarizədən kənarlaşdırmaqla tarix yazan “ağ-yaşıllar” indi bu uğurun davamını gətirmək arzusundadılar. Yunis Hüseynovun yetirmələri ilk dəfə ardıcıl iki mərhələ keçib, daha bir tarix yazmaq şansına malikdilər. Lənkəran təmsilçisi bu şansdan maksimum yararlanmaq üçün Poznan klubunu məğlub yola salmağa borcluydu. Özü də doğma meydanda qol buraxmamaq şərti ilə, rəqib qapısından mümkün qədər çox top keçirməyə ehtiyac vardı. Çünki yalnız bu halda ümumi uğura ümid etmək olardı. Hər halda “Lech”lə səfərdə mübarizə aparmaq komandamıza daha çətin olacaqdı. “Xəzər Lənkəran” həm də vaxtilə UEFA Kubokunda uduzduğu (0:1, 1:4) bu komandadan qisasını almaq şansına malik idi.
 
Lakin çox təəssüf ki, Hüseynovun yetirmələri bu oyunda da qələbə qazana bilməyib. Erkən qol vurmasına baxmayaraq, az sonra üstünlüyü əldən verən "ağ-yaşıllar" sonda sülhə razılaşmalı olublar. Hansı ki, bu hesab polşalılara daha çox sərf edir.
 
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Polşada keçiriləcək.
 
Avropa Liqası
2-ci təsnifat mərhələsi (ilk oyun)
19 iyul
 
XƏZƏR LƏNKƏRAN – LECH - 1:1 (1:1)
Qol: B.Subaşiç, 4 (1:0), M.Mojdjen, 19 (1:1)
Baş hakim: Robert Şerqenhofer (Avstriya).
Lənkəran. Şəhər stadionu.
 
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 11. Rendal Brenes, 18. Alim Qurbanov, 81. Rikardo Qomeş.
LECH: 1. Yasmin Buriç, 5. Manuel Arboleda, 14. Voyo Ubiparip, 16. Rafal Muravski (k), 17. Şimon Drevnyak, 18. Bartoş Slusarski, 20. Hubert Volonkeviç, 24. Aleksandr Tonev, 25. Luis Enrikes, 32. Mateuş Mojdjen, 35. Marçin Kaminski.
Ehtiyat oyunçular: Kjiştof Kotorovski, 3. İvan Djurdjeviç, 4. Tomaş Kedziora, 8. Yatsek Kelb, 11. Qerqe Lovrençiç, 28. Bartoş Bereşinski.
 
Oyun başladı
1. Qapıya ilk zərbə qonaqlardan gəlir. Tonevin zərbəsi qapının üstündən keçir
4. QOOOOOOOOOOOOOOOOOOOOL! Subaşiç!!!! - 1:0
4. Pitin qapı qarşısına göndərdiyi cərimə zərbəsini Abışov başla tora qovuşdurmaq istəsə də, müdafiəçi topu xətdən qaytarır. Amma Subaşiç təkrar zərbə ilə hesabı açır
5. Lənkəranda güclü yağış başlayıb
7. Pitin zərbəsi qapıdan aralı keçir
12. Subaşiç sarı vərəqə alır
12. Qonaqların cərimə zərbəsini Kamran zərərsizləşdirir
13. Pitin cərimə zərbəsi hədəfdən yan keçir
15. Komandamız oyuna tam nəzarət edir
18. Pit əla hücum zamanı qapıya dəqiq zərbə endirə bilmir
19. Lech hesabı bərabərləşdirir - 1:1
20. Alviz sarı vərəqə alır
23. Tounkaranın fərqlənməsinə son anda qapıçı mane olur
24. Abışovun qapıya zərbəsini yenə qapıçı dəf edir
26. Tounkaranın növbəti zərbəsini qapıçı tutur
29. "Lech" kornerdən uğursuz yararlanır
31. Tonevin zərbəsi qapıdan yan keçir
32. Enrikesin zərbəsi qapıdan aralı keçir
40. Komandalar hərəyə bir korneri boşa verirlər
41. "Lech" daha bir korner zamanı qapıya düşə bilmir
45. Alvizin zərbəsi qapıdan aralı keçir
45+2. Tonevin zərbəsi hədəfə düşmür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. XL-da Alvizi Brenes əvəzləyir
46. Ubiparipin zərbəsini Kamran dəf edir
48. Pitin zərbəsi müdafiəçilərdən dönür
49. Tounkara hədəfə düşə bilmir
52. Ubiparipin zərbəsini yenə Kamran dəf etməyi bacarır
54. Tounkara sarı vərəqə alır
55. Brenes qapıya dəqiq zərbə endirə bilmir
56. Drevnyak sarı vərəqə ilə cəzalanır
56. Tounkaranın zərbəsi künc zərbəsi qazandırır
57. Künc zərbəsi zamanı yenə Tounkara qapıya zərbə endirsə də, qapıçı topu dəf edir
58. Əmirquliyevin zərbəsini yenə Buriç tutur
59. Qonaqların təhlükəli hücumu zamanı Drevnyak və Slusarskinin zərbələri müdafiəçilərdən dönür
60. "Lech" daha bir korner yerinə yetirir
60. Slusarski yerini Dyurdyeviçə verir
61. Subaşiçin zərbəsini Buriç dəf edir
62. Tounkara hədəfə düşə bilmir
65. Pitin zərbəsi kornerlə nəticələnir. Kornerdən isə heç nə çıxmır
67. Əmirquliyevin zərbəsi qapıdan yan keçir
68. Tounkaranın zərbəsi müdafiəçilərdən dönür
70. Əmirquliyevin zərbəsi qapıdan aralı keçir
73. Vilk Tonevin əvəzində meydana daxil olur
76. Dyurdyeviçin zərbəsi dəqiq olmur
77. Kaminski sarı vərəqə ilə cəzalanır
78. Pitin cərimə zərbəsi hədəfdən yan keçir
80. Piti Qomeş əvəzləyir
85. Abışovun zərbəsi qapıdan yan keçir
87. Komandamız iki ardıcıl kornerdən yaxşı yararlaan bilmir
87. Ubiparip yerini Lovrençiçə verir
89. Qomeşin zərbəsi qapıdan yan keçir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Drevnyak ikinci sarı vərəqə - qırmızı ilə meydandan qovulur
90+1. Abışov da sarı vərəqə alır
90+2. Qonaqların təhlükəli əks-hücumu zamanı Kamran komandamızı qoldan xilas edir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.