18 iyul 2012 11:44
Lech Azərbaycana bu gün gəlir
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lech” klubu Azərbaycana bu gün gələcək. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisini gətirən təyyarə Bakı hava limanın saat 15:00-da eniş etməlidi.
Qonaq komanda aeroportdan dərhal avtobusla Lənkərana yola düşəcək. Elə bu axşam saat 20:45-də "Lech"in baş məşqçisi Mariuş Rumakın media nümayəndələri ilə görüşü nəzərdə tutulub. Ardımdan isə “Lech” Lənkəran şəhər stadionunda son məşqə çıxacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lech” matçı sabah saat 20:00-da başlayacaq.
