18 iyul 2012 11:56
İnterin rəqibi artıq Bakıdadı (FOTO)
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq Yunanıstanın "Asteras" klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, ötən gün Tripolis-Afina-İstanbul-Bakı reysi ilə ölkəmizə gələn və 12 saatlıq yol qət edən Tripolis klubu bu gün "Dalğa Arena"da ilk məşqinə çıxacaq.
Məşqdən öncə isə hər iki komandanın mətbuat konfransı keçiriləcək. "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze mətbuat önünə saat 19:30-da çıxacaq. "Asteras"ın çalışdırıcısı Sakis Tsiolisin mətbuat konfransı isə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "İnter" - "Asteras" matçı sabah “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə bir həftə sonra Tripolisdə baş tutacaq.
