18 iyul 2012 00:07
AZAL Səudiyyə Ərəbistanı klubuna qalib gəldi
Növbəti mövsümə hazırlığı davam etdirən AZAL Türkiyə toplanışı çərçivəsində üçüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in bu dəfəki rəqibi Səudiyyə Ərəbistanı klubu olub.
Belə ki, Vaqif Sadıqov yetirmələrini ötən il millimizin sabiq çalışdırıcısı Qyoko Haciyevskinin işlədiyi “Najran” ilə oyunda sınayıb. Görüş komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu Junior Nildo vurub.
Qeyd edək ki, AZAL bundan öncə keçirdiyi yoxlama oyunlarında Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor”a 0:2 hesabıyla uduzmuş, “Mersin İdmanyurdu”na 2:1 qalib gəlmişdi.
Yoxlama oyunu
17 iyul
NAJRAN – AZAL – 0:1
