18 iyul 2012 12:26
Cavid İmamverdiyev: Bu qələbə üçün çox güc sərf etdik
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun alındı. Biz bu qələbəni əldə etmək üçün həqiqətən çox güc sərf etdik. Sevindiricidi ki, istəyimizə nail olduq. İndi bütün diqqətimizi cavab oyununa yönəltməliyik”.
