19 iyul 2012 01:04
Manuel Skarlatake: Lechi keçmək üçün hər cür şansımız var
“Xəzər Lənkəran”ın müdafiəçisi Manuel Skarlatake Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Lech”i ilə ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Lech”lə ilk oyuna nə dərəcədə yaxşı hazırlaşa bilmisiz?
- Prinsipcə, yaxşı hazırlaşmışıq. Oyun ərəfəsində əla ab-hava var. Ümid edirəm ki, azarkeşlərimiz stadionu dolduracaq və bizi dəstəkləyəcəklər. Bu, oyunçular üçün çox vacibdi. Azarkeşlərimizi məyus etməməyə çalışacağıq.

- Polşalılara qarşı necə oynamağa hazırlaşırsız?
- Baş məşqçimiz necə desə, elə də oynayacağıq. Bizdən bu görüşdə maksimum gücümüzü meydanda qoymaq tələb olunur. Hər halda bu, Estoniya klubu deyil. “Lech” daha güclü komandadı. Yeri gəlmişkən, bizim “Nomme Kalju”dan iki qol buraxmağımız mənfi haldı. Elə etməliyik ki, bu, “Lech”lə oyunlarda təkrarlanmasın.

- “Nomme Kalju” ilə görüşlərdə komandanız yüngül desək, diqqət çəkən oyun sərgiləyə bilmədi. Sizcə, həmin oyunla “Lech”i keçmək olar?
- Fikrimcə, estonlara qarşı ilk oyunu kifayət qədər yaxşı keçirdik. Çoxlu qol vəziyyətləri qazandıq. Əgər müdafiədəki kobud səhvlər olmasaydı, siz də razı qalardınız. Bir qədər də artırsaq, diqqətli oyun sərgiləsək, onda müsbət nəticəyə ümid edə bilərik.

- “Xəzər Lənkəran” “Nomme Kalju” üzərindəki qələbə sayəsində həm uğursuz seriyaya son qoydu, həm də ilk dəfə mərhələ adlamaqla tarix yazdı. Bu, “Lech”lə oyunda sizdə əlavə əminlik yaratmır?
- Şübhəsiz ki, məlum təzyiqdən azad olmuşuq. Uğursuz seriya artıq geridə qalıb. Amma bu dəfəki rəqibimiz daha yüksək səviyyəli komandadı. Ona görə də bizə çətin olacaq.

- Deməli, bu oyunda ehtiyatlı olmağa çalışacaqsız?
- Düşünmürəm ki, öz meydanımızda çox ehtiyatlı oyuna üstünlük verək. Yenə hücum futbolu oynayacağıq. Amma diqqətli olmalıyıq.

- “Lech” indiyə qədər Azərbaycan klubları ilə üç dəfə üz-üzə gəlsə də, hamısını mübarizədən kənarlaşdırıb...
- Deməli, bu uğursuz seriyaya da son qoymaq vaxtı gəlib çatıb. Bunda qorxulu heç nə yoxdu. O vaxt polşalıların heyəti klublarınızla müqayisədə daha güclü olub. İndi hər şey fərqlidi. Bu, həmin “Lech” deyil. Bizim bu uğursuz seriyaya son qoymaq üçün hər cür şansımız var.