19 iyul 2012 13:26
Elnur Allahverdiyev: Biz də Lechi 3:0 hesabıyla məğlub etmək istəyirik
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Lech”i ilə ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Lech” ilə oyundan nə gözləyirsiz?
- Ziyafətin davamını (gülür). Amma ciddi olsaq, başladığımız işi davam etdirmək istəyirik. Bizdən qələbə gözləyirlər. Polşalılar tamamilə keçiləsi rəqibdilər. Mən onların gücünü çox şişirmək istəmirəm. Buna baxmayaraq, oyuna ciddi yanaşırıq.
- Öz meydanınızda komandanı hansı nəticə qane edərdi?
- Komandamız avrokuboklarda hələ öz meydanında qələbə qazana bilməyib. Bu, bağışlanmaz statistikadı. Bu sindroma son qoymaq lazımdı.
- Rəqib komanda böyük təcrübəyə malikdi. Onları nəyin sayəsində məğlub etməyə hazırlaşırsız?
- Bəli, “Lech” bizdən təcrübəlidi. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Amma biz də öz istəyimizə görə onlardan geri qalmırıq. İkinci mərhələni keçməyi çox istəyirik. Komanda üzərində psixoloji gərginlik var idi. Amma ilk qələbəmizi qazanmaqla, ilk dəfə mərhələ keçməklə bu təzyiqi aradan qaldırmağa nail olduq. Artıq hansısa qorxu hissi yoxdu.

- Komanda öz oyununu daha da təkmilləşdirə bilib?
- Mən deməzdim ki, Estoniya “Nomme Kalju”su ilə oyunlarda pis təsir bağışlamışdıq. Amma razıyam ki, həmin oyunla “Lech”i keçmək çətin olar. Artırmaq lazımdı. Hər halda biz də elə oynamamağa çalışacağıq.

- Öz meydanınızda necə oynayacaqsız?
- Pressinq edəcəyik, sürətli oynamağa çalışacağıq, meydanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdı. “Lech”lə oyunda bizə asan olmayacaq.

- “Nomme Kalju” ilə oyunlarda müdafiədə buraxılan səhvlər bu dəfə də təkrarlansa, necə olacaq?
- Faciə olar. Biz həmin səhvlərimizdən nəticə çıxarmışıq. Fikrimcə, bunlar bir də təkrarlanmaz.

- “Neftçi”nin “Zestafoni” üzərindəki qələbəsi barədə nə deyərdiniz?
- Bakılıların qələbəsi bizim üçün əlavə stimul oldu. “Neftçi”nin bu uğuruna sevinməyə bilmərəm. Çünki bu Azərbaycan klubudu. Həm də mənim keçmiş komandamdı. İstərdim ki, biz də “Lech” üzərində 3:0 hesablı qələbə qazanaq.

- Bəs başqa hansı hesablar sizi razı salardı?
- 1:0 və ya 2:0 hesablı qələbələr.
- 1:0 və ya 2:0 hesablı qələbələr.