19 iyul 2012 13:38
Lech Lənkərana yeməyini də gətirib (FOTO)
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lech” klubu təmsilçimizlə ilk oyuna tam hazırlıqlı gəlib. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisi Lənkərana öz aşpazını və futbolçularına lazım olan yeməkləri də gətirib.
Qeyd edək ki, adətən Avropanın aparıcı klublarının hamısı səfərlərə gedərkən öz yeməklərini də aparırlar və yerli mətbəxin ümidinə qalmırlar. Görünür, polşalılar da ölkəmizdə problemlə üzləşməmək üçün bu addımı atıb.
