19 iyul 2012 01:26
Lech özü ilə azarkeşlərini də gətirib
Polşanın “Lech” klubunun azarkeşləri komandalarını Azərbaycana yalnız buraxmayıblar. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın qonağı olacaq poznanlılarla birgə 50 azarkeşi də ölkəmizə təşrif buyurub.
Maraq üçün qeyd edək ki, daha altı polşalı azarkeş Lənkərana birbaşa Qazaxıstandan gəlmişdilər. Hansı ki, “Lech” birinci təsnifat mərhələsində məhz bu ölkənin “Jetisu” klubunu mübarizədən kənarlaşdırmışdı.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lech” oyunu bu gün Lənkəranda keçiriləcək və saat 20:00-da başlayacaq.
