19 iyul 2012 13:44
Yığmamızın rəqibi daha 2 sınaq matçı keçirəcək
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Portuqaliya yığmasının daha iki yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi avqustun 15-də Faro şəhərində Panama, noyabrın 14-də isə Librevil şəhərində Qabon yığması ilə yoldaşlıq görüşü keçirəcək.
