19 iyul 2012 21:25
Rəvan Türkiyə klubu ilə sülh bağladı (YENİLƏNİB)
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Rəvan” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Güler Cavad yetirmələrini Türkiyənin “Göztepe” klubu ilə görüşdə sınayıb.
Qeyd edək ki, bu komanda Türkiyənin birinci liqasında çıxış edir. “Göztepe” son mövsümdə 18 komanda arasında 13-cü olub. Lakin "sarı-qırmızılar" bu komanda ilə görüşdən qolsuz ayrılıblar.
Xatırladaq ki, “Rəvan” Türkiyədəki ilk matçında Səudiyyə Ərəbistanının “Najran” klubunu 2:1 hesabı ilə məğlub etmişdi. Türkiyənin “Kayseri Karabükspor” klubu ilə görüşdə isə hesabı açılmamışdı – 0:0.
Yoxlama oyunu
19 iyul
GÖZTEPE – RƏVAN - 0:0
