19 iyul 2012 01:36
Arkadiuş Kasprçak: Bizə Bakıdan Lənkərana vertolyot söz verilmişdi
Polşanın “Lech” klubunun vitse-prezidenti Arkadiuş Kasprçak Avropa Liqasında ikinci təsnifat mərhələsində onlara rəqib olan “Xəzər Lənkəran”la bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, müsahibəsində bunları dilə gətirib:
“2008-ci ildə bu komanda ilk dəfə avrokuboklarda bizə rəqib olanda onlar bizə öz imkanlarından, güclü tərəflərindən danışırdılar. Əslində, bu, düz idi. Amma indi sakitlikdi. Mənə elə gəlir ki, indi “Xəzər Lənkəran”ı həmin dövrdəki kimi müzakirə etmirlər. O dövrdə bu komandanı hətta “Qafqazın Çelsi”si də adlandırırdılar”.

Qeyd edək ki, 2008-ci ildə “Lech” “Xəzər Lənkəran”ı həm səfərdə (1:0), həm də evdə (4:1) məğlub etmişdi.
“Lech” rəsmisi bu dəfə də eşitdikləri ilə gördüklərinin üst-üstə düşmədiyini dilə gətirib: “Bizə deyirdilər ki, Bakıdan Lənkərana yerli vertolyot var və bizi ora aparacaq. Yeni limuzinlər, çox bahalı “Mercedes”lər olmalı idi. Amma biz Bakıya gələndə orda nə vertolyot, nə də limuzin gördük. “Mercedes” var idi. Amma elə də yeni və dəbdəbəli deyildi. Bu dəfə heç “Qafqaz Çelsi”si barədə də heç nə eşitməmişəm. Düzünü deyim ki, bu, məni bir qədər narahat edir”.