19 iyul 2012 14:14
Hakimlər də Lənkəran stadionunun qazonundan narazı qaldılar (FOTO)
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la Polşa “Lech”i arasındakı ilk oyunu idarə edəcək avstriyalı hakimlər briqadası ötən gün Lənkərana təşrif buyurublar. Azerisport.az xəbər verir ki, avstriyalılara ilk günü Bakıda keçirmək təklif olunsa da, onlar birbaşa oyunun keçiriləcəyi şəhərə getməyə qərar veriblər.
Robert Şerqenhoferin rəhbərlik etdiyi ədalət təmsilçiləri Lənkərana çatdıqdan sonra şəhəri gəziblər, muzeyə baş çəkiblər, Xəzər dənizinə baş vurublar. Axşam saatlarında isə onlar oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda məşqə çıxıblar. Lakin arenanın qazonu avstriyalılarda o qədər də xoş təəssürat yaratmayıb. Onlar xüsusilə örtüyün sərt olmasından gileyləniblər.
