19 iyul 2012 14:37
Kamran Ağayev: Lech ilə oyunda şou göstərməyə hazırlaşmırıq
“Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Lech”i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində millimizin qapıçısı bunları dilə gətirib:
“Həm komandamıza, həm də azarkeşlərə görə ancaq qələbə haqda düşünürük. Bunun üçün çoxlu güc sərf etmək lazımdı. Çünki belə rəqibə asanlıqla qalib gəlmək mümkün deyil. Hesab edirəm ki, Polşa klubunu məğlub edəcək gücə sahibik. Belə olmasaydı, bu qədər azarkeş bizi dəstəkləməzdi. “Lech”lə oyunda şou göstərməyə hazırlaşmırıq. Sadəcə, bizə mərhələni keçməyə kömək edəcək qələbə qazanmaq istəyirik”.