19 iyul 2012 02:08
İnter yeni futbolçusunu sifariş etdi
Ölkəmizi Avropa Liqasında təmsil edən Bakının “İnter” klubu İsveçrə yığmasının və “Zürich”in futbolçusu Haynts Barmettleri heyətinə qatıb. Azerisport.az xəbər verir ki, futbolçu ilə 2 illik müqavilə bağlanılıb.
“Bankirlər” onun adını iştirak ərizəsinə də daxil edib. Belə ki, Barmettlerin adı UEFA-ya təqdim olunub. Kaxaber Tsxadadze şans versə, o, bu gün “Asteras”la oyunda iştirak edəcək.
Qeyd edək ki, 1,82 metr boya malik futbolçunun 25 yaşı var. O, “Zürich”in heyətində 2006-cı ildən bu yana 64 oyun keçirib. Müdafiəçi 21 yaşlılardan ibarət yığmada 9, əsas millidə isə 1 matçda forma geyinib.
