19 iyul 2012 14:56
Neftçi Gürcüstana nə vaxt gedəcək?
Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyununda “Zestafoni” ilə qarşılaşacaq “Neftçi” Gürcüstana iyulun 23-də yola düşəcək. Azerisport.az xəbər verir ki, həmin gün komanda Zestafoni şəhər stadionunda məşq edəcək.
Ertəsi gün – iyulun 24-də isə Azərbaycan təmsilçisi “Zestafoni” ilə cavab oyununa çıxacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə Azərbaycan təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
