19 iyul 2012 15:02
“İnterə keçməyə tərəddüd edirdim”
“İnter”in yeni transferi, İsveçrənin “Zurich” klubundan alınan və Avropa Liqasının ikinci təsnifat mərhələsinin Yunanıstan “Asteras”ı ilə oyunlara sifariş olunan müdafiəçi Haynts Barmettler müsahibəsində bu keçidlə bağlı bəzi sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Bakıda necə qarşılandınız?
- Məni bura gələrkən çox isti qarşıladılar. Gəldiyim gündən hər şeyin peşəkar səviyyədə olduğunu görürəm. Əvvəl tibbi müayinədən keçdim, sonra isə iki illik müqavilə imzaladım.
- Niyə “Zurich”i tərk etdiniz?
- Sadəcə klubla müqaviləmin müddəti başa çatmışdı. Prinsipcə, bütün bunlarla agentim məşğul olur. O, Azərbaycan klubunun mənimlə maraqlandığını bildirdi və “İnter”də oynamağı məsləhət gördü.
- Sadəcə klubla müqaviləmin müddəti başa çatmışdı. Prinsipcə, bütün bunlarla agentim məşğul olur. O, Azərbaycan klubunun mənimlə maraqlandığını bildirdi və “İnter”də oynamağı məsləhət gördü.
- Bunu eşidəndə reaksiyanız necə oldu?
- Etiraf edim ki, çox təəccübləndim. Təklifi qəbul etməzdən əvvəl çox tərəddüd edirdim. Lakin sonradan “İnter” və Bakı şəhəri haqda məlumat toplaya bildim. Məhz bundan sonra qərarımı verdim. Klubda görülən işləri biləndə bədbinliyim arxada qaldı.
- Elə isə Bakı və “İnter” haqda nə deyə bilərsiz?
- Bakını Dubay ilə müqayisə etmək olar. Şəhər dənizə yaxındı. Dənizin kənarında isə çox əla iqlim var. Düzünü deyim ki, belə şəhər görəndə yaxşı mənada çox təəccübləndim. Klub əsl peşəkar səviyyədə idarə olunur. Mənə qarşı da hamı dostcasına yanaşır. Bundan əlavə, hazırda stadionda təmir işləri aparılır. Bir aya müasir görünüşlü stadion tam hazır vəziyyətdə olacaq.

- Komandanızın Azərbaycan çempionatındakı hədəfləri nədən ibarətdi?
- “İnter” ötən mövsümü 3-cü yerdə bitirib. Yeni mövsümdə də çempion olmağa iddialıdı. Premyer Liqa avqustun 4-də start götürəcək. Bununla yanaşı Avropa Liqasında çıxış edən komanda qrup mərhələsinə düşməyə iddialıdı.

- Öz debütünüz nə vaxt baş tutacaq?
- Mümkündü ki, elə bu həftə. Amma komandanın düşərgəsinə yeni qoşulduğumu nəzərə alsaq, bunu dəqiq demək çətindi. Komandanın cümə axşamı Yunanıstan “Asteras”ı ilə oyunu var. Bu, “İnter”in mənim gəlişimdən sonrakı ilk oyunu olacaq.
- Azərbaycana yollanmaqla diqqətdən kənarda qalacağınızdan qorxmursuz?
- Xeyr. Mənim həm insan, həm də futbolçu kimi inkişaf etmək şansım var. Baş məşqçi Kaxaber Tsxadadze vaxtilə Bundesliqada, İngiltərə Premyer Liqasında çıxış edib. Ona görə də bu keçidimi geriyə addım hesab etmirəm.
- Başqa klublardan da təkliflər var idi?
- Bəli, var idi. Lakin “İnter”in təklifi mənim üçün həm idman, həm də maliyyə planında daha cəlbedici idi.