19 iyul 2012 15:17
Lechin futbolçuları restoranda (!) məşq etdilər
Polşanın “Lech” klubunun məşqçilər korpusu Avropa Liqasının ikinci təsnifat mərhələsinin bu gün keçiriləcək “Xəzər Lənkəran”la ilk oyunu öncəsi kiçik problemlə üzləşib. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisi oyun günü dəniz kənarında yüngül məşqə çıxmaq fikrinə düşüb.
Lakin hazırda Lənkəranda havanın çox isti olması “ağ-yaşıllar”ın rəqibinin arzusunu gözündə qoyub. Amma polşalılar vəziyyətdən çıxış yolu tapa biliblər. Belə ki, baş məşqçi Mariuş Rumakın yetirmələri həmin məşqi məskunlaşdıqları “Qala” otelinin restoranında (!) həyata keçirməli olublar.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lech” oyunu bu gün Lənkəran şəhər stadionunda keçiriləcək.
