19 iyul 2012 16:04
Xəzər Lənkəran üçün +27, İnter üçün +26
Məlum olduğu kimi, bu gün Avropa Liqasındakı təmsilçilərimiz - “İnter”lə “Xəzər Lənkəran” doğma divarlar arasında növbəti oyunlarını keçirəcəklər. Azerisport.az xəbər verir ki, təmsilçilərimizin oyunları zamanı yağıntı gözlənilmir.
Belə ki, oyunlar zamanı Bakıda +26, Lənkəranda isə +27 dərəcə isti gözlənilir. Bütövlükdə, komandalarımız əsl futbol havasında oynamaq şansına malik olacaqlar.
Qeyd edək ki, “İnter”in Yunanıstan “Asteras”ı ilə ilk oyunu Bakıdakı “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək. “Xəzər Lənkəran” isə Polşa “Lech”ini Lənkəranda qəbul edəcək. Bu komandaların qarşılaşması isə saat 20:00-da başlayacaq.
