19 iyul 2012 16:20
“Bizi Xəzər Lənkəranla oyunda 1:0 hesablı qələbə də qane edir”
Polşanın “Lech” klubunun məşqçisi Eji Çirak Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Burda dəhşətli isti var. Buna görə də biz oyunçuların istiyə çıxmasına imkan vermirik. Havanın temperaturu çox yüksəkdi. Onsuz da matç zamanı futbolçular yetərincə tərləyəcəyindən, onları lazımsız yerə yormağa ehtiyac yoxdu. Bu üzdən biz yüngülvari məşqimizi də elə oteldə həyata keçirdik. Nahardan sonra futbolçularımızın durumuna baxacağıq və start heyətini müəyyənləşdirəcəyik. Amma oyunçularımızın Azərbaycandakı şəraitə nə dərəcədə uyğunlaşa bildiyini yalnız oyunun özü göstərəcək. Fikrimcə, bizi bu oyunda 1:0 hesablı qələbə də qane edər”.