19 iyul 2012 17:58

UEFA Xəzər Lənkəranı Bakıya "göndərə" bilər

UEFA “Xəzər Lənkəran”ın Avropa Liqasındakı ev oyunlarını Lənkəran şəhər stadionunda qəbul etməsinə qadağa qoya bilər. Azerisport.az xəbər verir ki, artıq Polşanın “Lech” klubu ilə oyunla əlaqədar Lənkərana təşrif buyuran qitə futbol qurumunun nümayəndələri üzləşdikləri probmelərlə əlaqədar öz raportlarında qeydlər aparıblar.
 
UEFA nümayəndə heyətini narazı salan əsas məqamlardan biri Bakı beynəlxalq hava limanı ilə Lənkəran şəhər stadionu arasındakı məsafənin kifayət qədər uzaq olmasıdı. Məhz bu məqam UEFA-nın Lənkəran şəhər stadionuna qadağa qoyması üçün yetərli ola bilər.

Lakin maraq üçün qeyd edək ki, hazırda ölkəmizdə olan Polşa klubunun nümayəndə heyəti UEFA-ya bununla bağlı narazılıq etməyib. Onları narazı salan əsas məqam yalnız ölkəmizdə isti hava şəraitinin hökm sürməsidi.
 
Xatırladaq ki, “Xəzər Lənkəran” dörd il öncə “Lech”lə ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirmişdi. Ümid edək ki, UEFA rəsmilərinin əlində bayraq etməyə çalışdığı məsafə uzaqlığı xoşagəlməz qadağa ilə nəticələnməyəcək və komandamız elə bu mövsüm doğma arenasında daha bir və ya bir neçə klubu qəbul etmək şansı qazanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.