19 iyul 2012 18:17
Asteras yarımmüdafiəçisinə Bakıda qovuşdu
Xəbər verdiyimiz kimi, Yunanıstanın “Asteras” klubu ölkəmizə tam heyətlə gələ bilməmişdi. Belə ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Tripolis klubunun yarımmüdafiəçisi Xristos Pipinis hərbi xidmətə çağırışla əlaqədar komandasından ayrı düşmüşdü.
Amma futbolçu artıq problemlərini yoluna qoyub və Bakıya gəlib. Komandasının düşərgəsinə qoşulan futbolçu son məşqlərdə iştirak edə bilməsə də, lazım gələcəyi halda “İnter”ə qarşı forma geyə biləcək.
“İnter” – “Asteras” matçı saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.
