19 iyul 2012 18:45
Xəzər Lənkəran Lechə forma seçimində güzəştə getmədi
“Xəzər Lənkəran” Polşanın “Lech” klubuna forma seçimində güzəştə getməyib. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisi Lənkəranda havanın çox isti olması səbəbindən ağ forma altında meydana çıxmaq arzusunu bildirib.
Lakin cənublular ağ forma altında özlərinin oynayacaqlarını bildiriblər. Qeyd edək ki, forma seçimində adətən meydan sahibi olan klubun sözü keçir. Belədə, qonaq komanda yalnız meydan sahibləri seçim etdikdən sonra münasib forma geyinmək məcburiyyətində qalır. Bu gün də “Xəzər Lənkəran” ağ forma ilə çıxış etməyə qərar verdiyindən, qonaqlar fərqli forma geyməli olacaqlar.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lech” matçı saat 20:00-da başlayacaq.
