19 iyul 2012 19:45
UEFA Xəzər Lənkəranın potensial rəqiblərinin siyahısını açıqladı
Sabah UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə çıxış edən klublarımızdan “Xəzər Lənkəran” da növbəti rəqibinin adını öyrənəcək.
Püşkatmaya bir gün qalmış UEFA “ağ-yaşıllar”ın potensial rəqiblərinin siyahısını məhdudlaşdırıb. Belə ki, “Xəzər Lənkəran”ın rəqibi ikinci təsnifat mərhələsində mübarizə aparan aşağıdakı beş cütün qalibindən biri və ya mübarizəyə birbaşa üçüncü mərhələdən başlayacaq Kipr klubu olacaq:
Omonia (Kipr)
Slovan (Bratislava, Slovakiya) – Videoton (Macarıstan) c/q
Eskişehirspor (Türkiyə) - St. Johnstone (Şotlandiya) c/q
Jalgiris (Litva) - Admira Wacker (Avstriya) c/q
JJK (Finlandiya) - Zeta (Monteneqro) c/q
AIK (İsveç) - Hafnarfyordur (İslandiya) c/q
