19 iyul 2012 19:50
İnter Athletic, Maritimo və Anji ilə düşə bilər
Sabah UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə çıxış edən klublarımızdan “İnter” də növbəti rəqibinin adını öyrənəcək.
Püşkatmaya bir gün qalmış UEFA “bankirlər”in potensial rəqiblərinin siyahısını məhdudlaşdırıb. Belə ki, paytaxt klubunun rəqibi ikinci təsnifat mərhələsində mübarizə aparan aşağıdakı üç cütün qalibindən biri və ya mübarizəyə birbaşa üçüncü mərhələdən başlayacaq Almaniya, İspaniya və Portuqaliya klubu olacaq:
Hannover (Almaniya)
Athletic (İspaniya)
Metallurg (Liepaya, Latviya) – Legia (Polşa) c/q
Anji (Rusiya) – Honved (Macarıstan) c/q
Rosenborg (Norveç) – Ordabasi (Qazaxıstan) c/q
Maritimo (Portuqaliya)
