19 iyul 2012 22:36
Celtic Neftçinin potensial rəqibi oldu
Sabah UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Neftçi” də növbəti rəqibinin adını öyrənəcək.
Püşkatmaya bir gün qalmış UEFA “ağ-qaralar”ın potensial rəqiblərinin siyahısını məhdudlaşdırıb. Belə ki, paytaxt klubunun rəqibi ikinci təsnifat mərhələsində mübarizə aparan aşağıdakı dörd cütün qalibindən biri və ya mübarizəyə birbaşa üçüncü mərhələdən başlayacaq Şotlandiya klubu olacaq:
Flora (Estoniya)/Basel (İsveçrə) - 0:2
Ludogorec (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) - 1:1
Jilina (Slovakiya)/Hapoel (İroni Kiryat, İsrail) - 1:0
Valletta (Malta)/Partizan (Serbiya) - 1:4
Celtic (Şotlandiya)
