19 iyul 2012 23:05
Yunis Hüseynov: Biz Lechdən daha yaxşı oynadıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lech”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Oyundan öncə bu rəqibimizi keçəcəyimi demişdim. Onlar bu gün qapımıza cəmi bir zərbə endirdilər, o da qol oldu. Əgər Pit ələ düşən vəziyyəti dəyərləndirsəydi, biz 2:0 hesabıyla qələbə qazanacaqdıq. Çoxlu hücumlar qursaq da, onları məntiqi sonluqla başa vura bilmədik. Uşaqlar rəqibin ad-sanından bir qədər çəkinirdilər. Məhz bu amil komandama təsir göstərdi. Amma istənilən halda daha yaxşı oynadığımızı düşünürəm. Bu da sevindirməyə bilməz. Polşada daha yaxşı oynamağa, qələbə qazanmağa çalışacağıq”.