19 iyul 2012 23:11
Lechin baş məşqçisi: Rəqibin daha çox bəxti gətirdi, nəinki bizim
Polşanın “Lech” klubunun baş məşqçisi Mariuş Rumak Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Səfərdə qol vurmağımız çox vacibdi. Şadam ki, buna nail olduq. Amma oyun çox çətin alındı. Hesab edirəm ki, meydan sahiblərinin daha çox bəxti gətirdi, nəinki bizim. Biz Lənkəranda qələbə qazana bilərdik. Statistikaya baxsaz, bizim daha yaxşı təsir bağışladığımızı görərsiz. Yaxşı komandanız var. Fikrimcə, doğma meydanda da bizə çətin olacaq. Münasibətlərimizə Poznanda aydınlıq gətirməli olacağıq”.