19 iyul 2012 23:18
Rafal Muravski: Hər şeyə Poznanda aydınlıq gətirəcəyik
Polşanın “Lech” klubunun kapitanı Rafal Muravski Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Çətin oyun alındı. Biz bilirdik ki, Lənkəranda işimiz heç də asan olmayacaq. Buna baxmayaraq, qol vura bildik. Bu, bizim üçün çox vacib idi. Evə heç də pis nəticə ilə getmədiyimizi deyə bilərəm. Hər şeyə Poznanda aydınlıq gətirəcəyik. Ümid edirəm ki, hər şey bizim xeyrimizə başa çatacaq”.
