19 iyul 2012 11:18
Savvas Tsaburis: İnter favorit deyil
Yunanıstanın “Asteras” klubunun kapitanı Savvas Tsaburis bu gün keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”lə oyuna necə hazırlaşa bilmisiz?
- Hazırlığımızda əsas çətinlik kimi rəqib barədə kifayət qədər məlumat əldə edə bilməməyimizi qeyd edə bilərəm. Sizin komanda barədə nəyisə öyrənmək çox çətin idi. Amma buna baxmayaraq, normal hazırlıq keçdiyimizi düşünürəm.
- Axı sizin “casus”unuz “İnter”in Estoniya “Nomme Kalju”su ilə hər iki oyununda iştirak edirdi...
- Siz əminsiniz ki, “İnter” həmin oyunlarda nəyə qadir olduğunu tam olaraq ortaya qoyub? Mənə elə gəlir ki, komandanız bizə qarşı tamamilə fərqli oyun nümayiş etdirəcək.
- “Asteras” avrokuboklardakı ilk və tarixi matçına Bakıda çıxacaq. “İnter” bu baxımdan sizin üçün layiqli rəqibdi?
- Tamamilə. Buna görə də biz Bakıya uduzmaq üçün gəlməmişik. İstəyirik ki, ümumi uğurumuzun əsasını burda qoyaq.

- “Asteras”ı “İnter”i keçəcək gücdə hesab edirsiz?
- Bunu 90 dəqiqənin tamamı göstərəcək. Bilirəm ki, bir səhv bütün əməyimizi yerə vura bilər. Bizə Bakıda qol vurmaq lazımdı. O zaman işimiz daha asan ola bilər.

- “İnter”i bu matçın favoriti saymaq olar?
- Xeyr, mən belə hesab etmirəm. Şanslar bərabərdi. Sadəcə, sizin komanda daha təcrübəlidi. Debütant kimi biz “İnter” kimi komandalardan nəyisə öyrənməyin əleyhinə deyilik. Amma bu, o demək deyil ki, uduzmaq istəyirik.

- Sizi hansı nəticə qane edəcək?
- Heç-heçə tam olaraq qane edir. Çünki cütün taleyinin Bakıda yox, Tripolisdə həll olunacağına əminəm.

- Yunanıstan Super Liqasının son mövsümündə oynamış Araz Abdullayevi xatırlayırsız?
- Bəli. Mən Arazın Yunanıstan Super Liqasındakı oyununu görmüşəm. Biz onda “Panionios”a 0:2 hesabıyla məğlub olduq. Abdullayev isə həmin görüşü yüksək səviyyədə keçirdi. Perspektivli futbolçudu. Lakin onun çıxışı barədə geniş şərh verə bilmərəm. Çünki sadəcə bir oyununu görmüşəm.

- Azərbaycan futbolu haqda bildiyiniz elə budu?
- Bilirəm ki, Azərbaycan futboluna böyük pullar yatırılır. Amma oyunçularınız haqda ətraflı bilgim yoxdu.