19 iyul 2012 23:32
Asterasın baş məşqçisi: Biz bu oyuna düz bir ay idi hazırlaşırdıq
Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanın ardından bunları dilə gətirib:
“Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı. Çünki biz avrokuboklarda debüt matçımıza çıxmışdıq. Demək olar ki, bir ay idi “İnter”lə oyuna hazırlaşırdıq. Hesab edirəm ki, çox səliqəli oynadıq. Qol vurmaq, qələbə qazanmaq istəyirdik. Qol vursaq da, qalib gələ bilmədik. Artıq bütün diqqətlərimiz cavab oyununa yönəlib. Şansımızdan istifadə etməliyik”.
